Ey oğul, olma xəlq-ara nəmmam,Oldu nəmmam kimsə zati həram.Olma nəmmam, ey ətayi-əzim,Dedi nəmmamı həq: “ütillü zənim”.Mərdi-nəmmamə həmnişin olma,Əhli-hal ol, müzəbzəbin olma.Nəhy qılmış cənab peyğəmbər,Dedi: – Bundan ona aparma xəbər.Xəlq edərsə yanında göftari,Qədri-məqdur saxla əsrari.Fitnəyə bais oldu doğru xəbər,Yalan o doğrudan düşər behtər.Kizbü böhtanə eyləmə adət,İftiradən həmişə qıl nifrət.Tabe ol əmrə, əhli-iman ol,Olma şeytani-ins, insan ol!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets