İsm özü bir ismdir, amma müsəmma müxtəlif
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
İsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
İxtilafi-rəy ilə hər kimsə bir məna verib,Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif.
Aləmi-pirü cavan oldu müqəyyəd rəng ilə,Ol səbəbdəndir olub, ey dust, əsma müxtəlif.
Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr,Oldular ol qətrələrdən dürri-lala müxtəlif.
Vəhdətə eylə nəzər kim, çizi-vahiddir haman,Gərçi surətdə olub Fironü Musa müxtəlif.
Nur – eyni-nardır, həm nar – eyni-nurdur,Duzəxü cənnət olub surətdə, cana, müxtəlif.
Maqta — the closing couplet bearing the poet’s pen name. Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül,Seyyida, hərgiz degil aləmdə əşya müxtəlif.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ism-ozu-bir-ismdir-amma-musemma-muxtelif
Use ← → keys to move, R for a random poem
More by this author
Cəfər, ey gəştiyi-ümidə nicat!Ey ləbin nəşəbəxşi-abi-həyat!
HədisBu hədisi cənab peyğəmbərVerdi əshabi-cannisarə xəbər:
Hekayət (Vardı peyğəmbər əsri bir təlxək)Vardı peyğəmbər əsri bir təlxək,Hər sözü kani-göftguyə nəmək.
Hekayət (Dedi bir gün rəsuli-dəryadil)Dedi bir gün rəsuli-dəryadil,Qocalar cənnətə deyil daxil.
Poems by other poets · Love
چون تو را مشکلگشا یار است از مشکل چه باک
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
سرو قدی شکر لبی گلرخ غالیه کلهجان مرا به صد زبان زآن رخ و غالیه گله