Bir mahı sevib, çərxə təmənnadən usandıq,Bu düşməni-kəcbinə müdaradən usandıq.

Ol lalərüx olmaz bizə nə dust, nə düşmən,Əğyar ilə bihudə bu qovğadən usandıq.

Bülbül, sənin olsun dəxi gülzari-məhəbbət,Bu bağdə biz ol güli-rənadən usandıq.

Divanə olub daməni-səhralərə düşdük,Biz silsileyi-zülfi-çəlipadən usandıq.

Başdan yerə qoyduq həvəsi-badeyi-nabı,Atdıq ayağ əldən, meyi-səhbadən usandıq.

Biz qisseyi-Şirin ilə Fərhadı unutduq,Əfsaneyi-Məcnun ilə Leyladən usandıq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Əl çək, dedik, ol mahdən, əl çəkmədi Seyyid,Biz əl çəkib, ol aşiqi-rüsvadən usandıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love