Bir quş
Oturmuş nəğməzarında həzin fəryad edər bir quş!Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!Bu eşqin məktəbində şərqilər inşad edər bir quş!Buraxmaz ahü zarı, könlümü naşad edər bir quş!
Neçin ol quşcığaz könlüm kimi məftuni-möhnətdir?Ürək çırpındıran hər naləsi bir daği-həsrətdir?Onun hər nəğməsi hicran əlindən bir şikayətdir.Məhəbbət əhlini rəhbər kimi irşad edər bir quş!
Dalır aləm sükutə eylədikcə qəmfəza fəryad,Nədəndir rəqsgahında oturmaz bir zaman dilşad?Xəzanın zülm, cövründən deyil bir ləhzə o azad.Həzin ötdükcə hər an qəlbimi bərbad edər bir quş!
Sədayi-dilfiribi eyləyir vicdanımı bidar,İlahiləhndir, enmiş səmadən ol pərigöftar,Böyük bir musiqi ustadıdır ki, kəşf edər əsrar.Mənim viran olan bu könlümü abad edər bir quş!
Sədası çox dərin təsir edər əfkarə, vicdanə,Verər ən incə, ən saf duyğular bir şair insanə.Deyil əfsanə fəryadı, cəfadən gəlmiş əfğanə,Bahar əyyamını min həsrət ilə yad edər bir quş!
Gecə-gündüz o quş da bu dəli könlüm kimi sızlar,Kimin hüznilə olmuş dilfikar bu nazənin qəmxar?Onun hər nəğməsində başqa məna, başqa hikmət var.Mənim fəryadi-məhzunanəmi bünyad edər bir quş!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-bir-qus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Dilbər, səni tarı, günəş camalınDilbər, səni tarı, günəş camalın,At bürqəni, al yanağı görünsün.