Tülkü və xoruz
Qışda bir ay qar, boranVerməmiş idi aman.Ağ geyinmişdi dağlar,Əriyərkən yazda qar,Şiddətli sel axmışdı,Qayaları yıxmışdı.Dağıtmışdı bir kəndiSökərək bütün bəndi,Ev, eşiyə girmişdi,
Çox tələfat vermişdi.Xalqa kömək gələndəKöçmüşdü başqa kəndə.Yaddan çıxıb bir köpəkBir xoruz qalmışdı tək.İt xoruzu görüncəDüşdü dərin sevincə,Dost oldular o gündənKeçirdi günləri şən.Hər gün axşam oluncaXoruz qonur ağaca.Altında da boz köpək.Yatır mürgüləyərək...Xoruz səhər oluncaSəs salıb dağ-yamaca,Banlayırdı ucadan...Tülkü keçərkən ordanAğac altına gəldi.Çox ədəblə çömbəldi.Altdan yuxarı onaDedi: – “A, nazlı sona,Neyləyirsən burda tək?En aşağı gəl gedək.Çöldə qurt-quş yeyərsən.Mənə sağ ol deyərsən”.Xoruz dedi: “ – Babacan,Bu yer qalmış babamdan.Bu yurdda istəyirəmKənd salıb abad edəm”.Tülkü dedi: “ – A məstan,Etibarlı oğulsan.Elə isə durma, en,Beş-on arşın bu yerdənÖzün ölçüb ver mənə.Dua eylərəm sənə”.Xoruz dedi: “ – Sözüm yox,Torpağım var həddən çox.Nə hacət var mən enim,Mühəndisim var mənim.Ağac altında yatır.O hər bir dərdə çatır.Durma, tez get yanınaFikrini aç, de ona.Ölçüb sənə yer verər,Həm də çox hörmət edər”.Tülkü soxuldu yügrək,Səsə oyandı köpək.Tülkü görüncə onuTərpətdi quyruğunu.Tez qaçdı bir-birə.Boz köpək hürə-hürəOnun dalınca qaçdı.Tülkü qaçdı, o qaçdı.Qarşıya birdən-birəÇıxdı uçurum dərə.Artdı onun kədəri,Tülkü tez döndü geri.Durdu yenə qaçmağa.Dərə, təpə aşmağa.Olmuşdu çox pərişan.Haman ağac yanındanKeçərkən o yügürək,Xoruz dedi: “ – Tülkü bəy,Bu qədər acgöz olma,Tamahını artırma.Mühəndislə görüşdün,Bu qədər ki yer ölçdün,Bəs gəlməyirmi sənə?Bir az da qalsın mənə!”Qaça-qaça xoruzaO da belə söylədi:“ – Vaxtım yox, ey bəxtəvər,Sözüm budur müxtəsər,Sənə bu boz mühəndisYaxşı kənd abad edər”.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-tulku-ve-xoruz
Use ← → keys to move, R for a random poem
More by this author
Bunca cəfanı qıldı mənə yar, utanmadı,Zülmündən əl götürmədi, bir an dayanmadı.
Vardır başımda şurişü qovğası dilbərimVardır başımda şurişü qovğası dilbərin,Çıxmaz yadımdan ol qədi-rənası dilbərin.
Qəsəm ol zülfünə ki, əldə bu can olsa idiQəsəm ol zülfünə ki, əldə bu can olsa idi,Ya ki bu qanə dönən qəlb nihan olsa idi.
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?