Etdigim nalələr olmazdı bu sevdadə tələf,Sinəm olsaydı gər ol navəki-müjganə hədəf.

Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin,Düzülüb gözlərivün dövrünə müjgan səf-səf.

Yazdı “Vəlleyli iza” səfheyi-rüxsarüvə xət,O bəyazə bu səvad ilə füzun oldu şərəf.

Almamış abi-dü çeşm ilə vüzu aşiqi-zar,Baxa bilməz üzüvə, ey üzü rəşki-müshəf!

Dürri-əşkimə nola yar xəridar olsaKi, bu dürdanəyə bəhreyni-dü çeşmimdi sədəf.

Rədə lazımdı Rübab, etmə müğənni, dəfə zurKi, könüldən qəmimi dəf eləməz nəğmeyi-dəf.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çəkdilər Yusifi-mənanı genə bazarə,Seyyida, saxlama canı, nə gərəkdir bu xəzəf.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love