Bu səbəbdən mən, ey həmidəsiyər,Eylədim nəzm çox hekayətlər.Çünki gördüm hərifi naqabil,Özümü əmdən eylədim çahil.Sənə saz olmasa zəmaneyi-fən,Özüvü saz qıl zəmanəyə sən.Xəlqi gördün olubla divanə,Sən də divanə ol, nə fərzanə.Xoş məsəldir bu kim, palazə bürün,Getsə hər yanə el, o yanə sürün.Xah ruminəjadü xahi Zəng,Xəlq ilə xasiyətdə ol həmrəng.Mərifət şərhin etmə nadanə,Səni eylər hesab divanə.Neçə kim, bu hekayəti-zibaSənə bu maçəranı eylər əda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets