Vardı peyğəmbər əsri bir təlxək,Hər sözü kani-göftguyə nəmək.Gün də bir rəng ilə o fərruxdəmGüldürürdü xəlayiqi hərdəm.Dedi bir gün cənab peyğəmbər:Kim ki, dünyadə olsa löbətgər,Ruzi-məhşər qoyanda mizani,Gətirir məhşərə xuda ani;Boynu nazik çü meyvə saplağı,Başı manəndeyi-Öhöd dağı.Bu sifətdə gəlir o səhrayə,Əhli-məhşər gülər o rüsvayə.Ol oyunbaz şəxs hazir imiş,Süxəni-Müstəfayə nazir imiş.Tez durub ərz qıldı, key mövla,Ey şəhənşahi-aləmi-məna,Sənə qurban olum məni-bikəs!Böyük oynum qalıb qiyamətə bəs.Oldu bu sözlə Müstəfa xəndan,Əfv qıldı onu xudayi-cahan.Mömini vacib oldu güldürmək,Eybi olmaz ki, sözdə olsa nəmək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love