Vermənəm könlümü bir dilbərə bundan sonra,Olmanam aşiq o siminbərə bundan sonra.

Aldı iymanımı əldən, məni bidin elədi,Aşina olmanam ol kafərə bundan sonra.

Oxşayır mahi-fələk çünki üzari-yarə,Baxmanam mən bu məhi-ənvərə bundan sonra.

Badənin ləli-ləbi-dilbərə çün nisbəti var,Tökmənəm badəni mən sağərə bundan sonra.

Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm,Kimsə rəğbət eləməz ənbərə bundan sonra.

Dəxi ol sərvqədin kuyinə cənnət deyibənGəzmənəm küçələri heyvərə bundan sonra.

Maqta — the closing couplet bearing the poet’s pen name. Etmənəm zülfüvün ovsafını, şair deməsinO pəri Seyyidi-qəmpərvərə bundan sonra.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love