A "Dostlar"
Yetər bu ayrılıq, bu fitnəkarlıq.Fitnənin axırı nədir, a "dostlar"?Sizdəki bu həsəd, bu gözü darlıq,Gəncliyə bir əyan dərsdir, a "dostlar".
Böyük bir hünərim yoxdur, bilirəm,Bəzən öz-özümə baxıb gülürəm.Artıq can üstəyəm, artıq ölürəm.Şöhrətim quru bir səsdir, a "dostlar"…
Tərpətməyin məni durduğum yerdən.Bir gül çiçəklənməz ayrılsa yerdən…Yoxsa şimşək olub oynaram birdən,Mənim bir damarım tərsdir, a "dostlar".
Əzəldən aşiqəm şerə, sənətə,Küsməyin məndəki bu bədahətə.…………………………Vüqarım hər zaman şəsdir, a "dostlar".
Başından yekələr çox qudurmasın,Yalandan üzümə gəlib durmasın.Hər yetən qıçıma bir diş vurmasın,Yaxamdan əl çəkin, bəsdir, a "dostlar"!
Hər gülün taleyi öz əlindədir,Sirrimi vermərəm, çox dərindədir.Şairin şöhrəti əsərindədir,Sizə son cavabım "yest!"dir, a "dostlar"!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-a-dostlar
Use ← → keys to move, R for a random poem
More by this author
Alagöz, sarışın körpəcə bir qızDörd divar içində ağlayır yalqız.
NizamiYoğruldu bütün varlığın ümmidlə hünərdən,Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Fitnə"Eh… ölüb getmədi bircə bu qarıTorpaq da sevməyir bu çal kaftarı…
Ürəyi xain adamSənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.