Dersən mənə kim, huriyi-qılman olacaqdır,Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.

Bəsdir mənə bu saqi ilə badeyi-gülgun,Mənzilgəhimiz səhni-gülüstan olacaqdır.

Dünyada gərək yari-pərivəş, meyi-biğəş,Üqbayə baxan kimsə pəşiman olacaqdır.

Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən,Nəqdini verən nisyəyə nadan olacaqdır.

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,Vaiz cigəri həsrət ilə qan olacaqdır.

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar,Ömrün gedəcək, dəhr özü viran olacaqdır,

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid degiləm nisyə sözə bavər edəm mən,Nəqdi-hunərim camə girovgan olacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern