Qönçənin bağrını əzzəldə fələk qan eylər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qönçənin bağrını əzzəldə fələk qan eylər,Sonra könlünü açıb dəhrdə xəndan eylər.
Səltənət təxtinə bir payədi zindan, ey dil,Yusifi izzət üçün sakini-zindan eylər.
Çəkməsə rənc kişi gəncə olurmu vasil,Rəsmdir, rənc çəkən karını asan eylər.
Səbri-Əyyub gərək aşiqi-dilsuxtədə,Aqibət lütfi-xuda dərdinə dərman eylər.
Olmasa kar pərişan, ona saman olmaz,Hər pərişanlığa tanrı özü saman eylər.
Bir düşəydi əlimə vəsl, deyəydim bir-birBu cəfalər ki, mənə möhnəti-hicran eylər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhədSəni izzətlə dəri-dövlətə dərban eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-qoncenin-bagrini-ezzelde-felek-qan-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Bir zaman biz dəxi ol mah ilə həmxanə idik,Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik.
Can tazələnir ləli-dürəfşanını görcəkCan tazələnir ləli-dürəfşanını görcək,Dil xürrəm olur sərvi-xuramanını görcək.
Yarımı yar eylədin əğyarə, ey fələkYarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.
Şadəm ki, könlüm oldu ol zülfü xalə mailŞadəm ki, könlüm oldu ol zülfü xalə mail –Kim, qarəbəxtlikçün candan olubdu qabil.