Ləbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.

Nəkhəti-ənbəri-sara bürüyər afaqı,Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür.

Surətin əksi əgər düşsə, sənin, ayinəyə,Həşrədək ayinədən laleyi-əhmər tökülür.

Eyləsəm arizi-zibasına bir oğru nigah,Qəmzəsindən o bütün üstümə xəncər tökülür.

Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab,Məstü məxmur gözündən meyi-Xüllər tökülür.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vermisən dil gecə sən hansı ləbi-mərcanə,Seyyida, şeri-tərindən dürü gövhər tökülür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love