Əlinin Ömər və Əbubəkrlə zarafatı
Bir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.Qaməti-Mürtəza idi kutah,Çün uzun ol iki vəliyullah.Bu sözü Heydərə səmahətləDedilər xəndəvü zərafətlə:“Əntə fi beynina kənuni-ləna.
**Qalə in ləm əkun fəəntüm la”?Oldular bu cəvabdən xəndan,Dedilər: – Ya Əli, deyil böhtan;Çünki Əhmədlə nuri-vahidsən,Etdiyin iddəayə şahidsən.Olmasaydın sən, ey sülaleyi-pak,Xəlq olunmazdı ərz ilə əflak.Baisi-cümlə masivasən sən,Şəmsi-həq, nuri-övliyasən sən.Bir günüm sənsiz olmasın, davər,Olmasaydın həlak olurdu Ömər.Ey oğul, bil ki, övliyayi-xudaEyləyiblər zərafəti-ziba.Hər o söhbət ki, yoxdur onda nəmək,Söyləyənçün vəbaldır bişək.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-elinin-omer-ve-ebubekrle-zarafati
Use ← → keys to move, R for a random poem
More by this author
Neylərəm gülşəni kim, ol güli-əhmər getdi,Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi.
Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdiNola qan ağlasan, ey göz kim, ol huriliqa getdi,Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi.
Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşariNə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.
Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!
Poems by other poets
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,