Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.

Əgərçi sən büti-Çinü Xətasən, ey sənəm, əmmaSəni zikr etməyən kəs, etməyib tovhidə iqrari.

Adın qurbanı, ta yetdim sənə, tovhidə yetdim mən,Atıb təsbihi əldən, tərk qıldım tari-zünnari.Xudanın “qülhüvəllahü əhəd”dən mətləbi sənsən,Sənin tovhidüvə əmr eyləyib ixlasdə tari.

Şəmimi-ətri-zülfi-Müşkbarın iştiyaqındanAtıbdır təblədən əttar dışra müşki-Tatari.

Soruşdum aduvi, ey sərvqamət, bilmədi zahid,Müşəxxəs oldu kim, yoxdur onun tovhidə iqrari.

Təcəllayi-xudavəndi əhəd yarında peydadır,Hanı Musa ki, Seyyid, fərq qılsın nurdən nari.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love