Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!

Əgər ki, güldə vəfa görsə idi bülbüli-zar,Bu qədr suz ilə etməzdi yanə-yanə haray.

Görə harayımı şayəd o şəh, sora halım,Harayımı özümə eylərəm bəhanə, haray!

Tənim hilal kimi günbəgün zəif oldu,Yetişmədi əlim ol mahi-dilsitanə, haray!

Hanı o qaşı kəmanım ki, yetsin imdadə,Rəqib qoydu oxun çilleyi-kamanə, haray!

Mərizi-dideyi-yarəm hanı o İsa-dəm,Ucaldı naləvü fəryadım asimanə, haray!

Könül binasını yıxdı sirişki-çeşmi-tərim,Qəmində seyli-fənayə gedir bu xanə, haray!

Piyadə dəştdə ol şahdən cüda düşdüm,Yetir bu bikəsi, ey Xızr, karvanə, haray!

Xəyali-zülfü rüxi-ol pərilə leylü nahar,Cünun təki mənə adət olub fəsanə, haray!

Maqta — the closing couplet bearing the poet’s pen name. Təğafül ilə bu gün ötdü yar Seyyiddən,Yəqin rəqib salıb yarı bəd gümanə, haray!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love