Çıxmaz dili-zarımdan o rüxsar xəyalı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Çıxmaz dili-zarımdan o rüxsar xəyalı,Bülbüldə əcəbmi ola gülzar xəyalı?
İstər könül ol arizi-gülgunu ərəqnak,Gül görsə, gülabə olur əttar xəyalı.
Şövqi-dəhənü fikri-rüxündə sənin, ey gül,Mən eyləmərəm hiç yoxü var xəyalı.
Peyvəstə namaz üstə düşür yadıma zülfün,Üz Kəbədədir, qəlbdə zünnar xəyalı.
Hər kimsənə bir şey gətirir fikrü xəyalə,Məcmudən əfzəldi mənə yar xəyalı.
Cənnət nə gərəkdir mənə gər olmasa röyət,Xoşhal qılıbdır məni didar xəyalı.
Bu xəstə könül ərşi-xudavəndi-əhəddir,Gəlməz dili-məhzunuma əğyar xəyalı.
İstər tuta dil türreyi-pürpiçini, ey mah,Əfsungərə adətdir olur mar xəyalı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid verər öz canını rəşkü həsədindən,Gəlsə dili-pürxununa dildar xəyalı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-cixmaz-dili-zarimdan-o-ruxsar-xeyali
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Hanı o mah ilə mən işrət etdigim gecələrHanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Kim ki, eylərsə libasini mübəddəl kəfənəKim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
Qurban olum o gözlərə kim, gördü yarımıQurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.
Poems by other poets · Love
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,