Hanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.

Gedəndə yar, durub naz ilə kənarındanAlıb ələ ətəgin, minnət etdigim gecələr.

Düşəndə xatirimə göglərə çıxar ahım,O mahparə ilə xəlvət etdigim gecələr.

Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,Təvafi-kuyi üçün niyyət etdigim gecələr.

Gəlib nihani dəri-yarə, üz qoyub xakə,Qübarın öpməgə ol cürət etdigim gecələr.

Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd,O sərvqamət ilə ülfət etdigim gecələr.

Deyəndə yar mənə dərd, mən deyərdim can,Məzaqə təlx sözün şərbət etdigim gecələr.

Maqta — the closing couplet bearing the poet’s pen name. Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,Özüm-özümə dönüb ləzzət etdigim gecələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love