Hərçənd xubrudə bu adətdi, naz olur,Sən tək, vəleyk, naz qılan yar az olur.

Ol sərvi sərfəraz elədim əşkim ilə mən,Əğyar, sayəsində vəli sərfəraz olur.

Adət budur ki, dəhrdə görməz visali-yar.Hər aşiqi ki, pakinəzər, pakbaz olur,

Görməz həqiqi aşiq olan vəsli-yarını,Bəzmi-visal qisməti-əhli-məcaz olur.

Könlü gərəkdi qönçə kimi qan ola müdam,Kim ki, dəhani-yarı sorub, əhli-raz olur.

Fəqrü fənayə talib olan dövlət istəməz,Bu kimiyanı hasil edən biniyaz olur.

Qoymaz kəbutəri-dili-üşşaqdə qərar,Hər yerdə kim, gözün kimi bir şahbaz olur.

Xurşid edər tülu, yetər şəb nihayətə,Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, şikayət eyləmə hicrani-yardən,Bir gün olur ki, lütfi-xuda çarəsaz olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love