Bu pir könül tazə bir əhli-nəzər istər,Əvvəlki keçibdir, bunu ondan bətər istər.

Göz yaşımı dil culərə döndərdi qəmindən,Məlum olur nəxli-muradə səmər istər.

Ləli-ləbini istəsə dil, həqqi var, ey gül,Bimar gözüm qüvvət üçün gülşəkər istər.

Peykanlarını xahiş edər dil iki yandan,Uçmağa səri-kuyüvə bir balü pər istər.

Başdan keçibən eşqdə cövlan gərək olsunMeydani-məhəbbətdi bu, ey dil, cigər istər.

Bimar gözün istəsə qoy qanımı içsin,Qurbandır ona, canımı məndən əgər istər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd,Ey xaliqi-bimisl, səni hər bəşər istər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love