Hanı o mahə həmağuş olduğum gecələr,Şərabi-vəsl ilə mədhuş olduğum gecələr.

Siyah zülfü töküb üstümə yatan dəmlər,Bəsani-Kəbə siyəhpuş olduğum gecələr.

Zaman-zaman oxuyub yar ilə duayi-qədəh,O lalərüxlə qədəhnuş olduğum gecələr.

Düşəndə yadə, düşər şölələr dilü canə,O nari-eşqlə pürcuş olduğum gecələr.

Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə,Atıb sədaları, xamuş olduğum gecələr.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid,O sövtə başdan ayaq guş olduğum gecələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love