Zülf arasında könül arizi-dilbər tapdı,Bu qaranlıq gecədə mahi-münəvvər tapdı.

Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb,Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı.

Tapdı ol dürri-giranmayəni axırda rəqib,Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı.

Tiğ pak etdi xəti arizi-ziybasından,Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı.

Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah,Özünə aləm ara yar ilə yavər tapdı.

Aldı divanə könül daməni-Məcnunu ələ,Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, mövsümi-güldür, hamı dilşad oldu,Bir məni piri-müğan zarü mükəddər tapdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love