Bir gün iki sultan bir taxta çıxmış,Ox atarlar bir-birinə çaphaçap.Nazlı dilbər mənə sitəm eylədi,Könlümün şəhrinə saldı çaphaçap.

Ağlaram, didəmdən yaş, irin gələr,Əmərəm, ləbindən ya şirin gələr,Deyərlər qəsrindən ya Şirin gələr,Fərhad kimi vur, dağları çaphaçap.

Xəstə Qasım deyər: yar, dada1 gəlsin,Eşqin atəşindən yar dada gəlsin.Bir namə göndərim yar dada gəlsin,Qurban ollam sənə qasid, çaphaçap.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love