Yol saldım onun zülfünə sevdası gözəldir,Hər şeydən onun gün kimi siması gözəldir.

Geysusi gözəl, lalə üzari gülə bənzər,Məşşatə nə lazım ki, hər əzası gözəldir.

Hər acı sözü yarın olar qəndə bərabər,Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir.

Zəncirə düşüb rahət olar bu dəli könlüm,Çünki, yarımın zülfi-çəlipası gözəldir,

Bir sərv kimi cilvələnər qaməti gözdə,Çeşmə yanında onun qaməti-rənası gözəldir.

Ulduzmudur aya, xalı ol ləbləri üstə,Ya hindli edir səcdə, tamaşsı gözəldir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən,Bu Bakılı Qüdsi deyir ixlası gözəldir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love