Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,Nisbət bu qaşü bu gözə bənzər məhal olur.

Qafi--qaşın, tayi--telin, lami--ləblərin,Aləmdə əlbir eyləsə, billah qital olur.

Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın,Gəlməz xəyalə axırı məhzi-xəyal olur.

Sirri-dəhani sordum o şəkkər dodaqdən,«Pünhan danış bu sirri--dedi,--qilü qal olur».

Maqta — the closing couplet bearing the poet’s pen name. Görçək o atəşin üzünü nitqim oldu lal,Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets