Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Mən ki, dərddən etmərəm bir an şikayət, dinmərəm,Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər.
Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim,Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər.
Mən salıb yadə keçən xoş günləri dostlar ilə,Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər.
Yar yanında dərdi mən bir an da duymazdım aman,Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?!
Gər zaman bundan sora gülsə mənə mənası yox,Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər?
Maqta — the closing couplet bearing the poet’s pen name. Mən daha bir an belə vaiz sözün etməm qəbul,Tiflisin küncündə bu ömrü keçirrəm bəxtəvər.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-oyresib-bu-qurbete-oldum-vetenden-bixeber
Use ← → keys to move, R for a random poem
More by this author
Eşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.
Mişkatu-l-ənvarEy düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Bəyani-halBadisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.
Məqsədin kəşfiDostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Poems by other poets · Fate
Qəm məni çulğayıb saldı dəryaya,Cəhd eylədim çıxam ay üzə-üzə.
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.