Bülbülün hali-dilin novgüli-gülzar bilir,Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.

Aşiqi-kamil olan dərdini yarə nə desin,O ki dərd əhlin edib dərdə giriftar, bilir.

Razıyam ki, yana pərvanə kimi balü pərim,Gər məni yanmağa ol şəm səzavar bilir.

Nə şikayət eləyim dərdi-dilimdən yarə,Bilmişəm ki, dili-zarımda nə kim var bilir.

Şakirəm yanmağa, yox cürət edəm şikvə, əgərOl dilaram mənim cənnətimi nar bilir.

Görürəm ol gözü badam, o ləli şəkkər,Eyləsə xahiş, əlaci-dili-bimar bilir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xunfəsa fövcünə göstərmə kəlamın, Seyyid,Genə gül qədrini bu dəhrdə əttar bilir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love