Vəfasızdır, könül, hər kim əsirgər canı canandan
Vəfasızdır, könül, hər kim əsirgər canı canandan,Gərək canan yolunda keçsin aşiq şövqlə candan.
Mənim canan xəyalı xatirimdən çıxmaz ölsəm də,Unutmaz öz gülün bülbül, cüda düşsə gülüstandan.
Bərabərdir məhəbbət aləmində Leyli Məcnunla,Nə Məcnun Leylidən dönməz, nə Leyli ayrılar ondan.
Mənim də sevgilim gözlər məni, hicranə səbr eylər,Ümidi-vəsl edən aşiq darıxmaz dərdi-hicrandan.
Gərəkdir bülbülün gül də cəfasın çəksin eşq içrə,Nə oğlan qızdan artıqdır, nə qız əksikdir oğlandan.
Yüz il qürbətdə can versəm, yenə Məcnun olan könlümVəfadan əl götürməz, dönməz ol zülfi-pərişandan.
Məzarım daşına ellər məni “namərd” deyib yazsın,Vətən uğrunda intiqam almasam mərdtək düşmandan.
Əgər min canım olsa, bir vəfalı yarə qurbandır,İgidlər mərd olur, namərd qorxar bir ovuc qandan.
Gedib cananıma, Vahid, xəbər ver: öldü xainlər!Özüm də sağ-salamat çıxmışam bu qanlı meydandan.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vefasizdir-konul-her-kim-esirger-cani-canandan
Use ← → keys to move, R for a random poem
More by this author
Bavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Qocalıqdan şikayətQocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!
Poems by other poets · Love
Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.