Könlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.

Bir dükənməz qarə sevdadir ki, ucu yox anınMən pərişan-xatirin başunda, ey can, saçların.

Gün yüzündür gərçi iymaniylə dini aşiqin,Mana yetər dünyada küfr ilə iman saçların.

Gər dü kövni bir qılına versələr min can ilə,Ey sənəm, billahi, vermə k-ola1 məccan saçların.

Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,Tutar Ayü Günəşin yüzünü yeksan saçların.

Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney,Sərbəsər xaki-cəhani ənbərəfşan saçların.

İki kövnə bir qılı niycəsi olmasın mühit,Qurdu çün ərşül-əzim üstünə sayan saçların.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dört kitabın müşkilini bu Həbibi etsə həl,Nola çünkim oldu ana nəqlü bürhan saçların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love