Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi,Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi.

Könül xəlvətsərayi-vəsldə sərdar ikən, birdəmQılıb ol məh bizi hicrində zarü mübtəla getdi.

Gözümdən xaki-payın aldı seyli-əşk tufanı,Əcəbmi kur ola çeşmim ki, ondan tutiya getdi.

Nola çıxsa fəğanım çərxə hər bir üstüxanımdan –Ki, bu üzvi-şikəstimdən bu gün ol mumiya getdi.

Xəyali-zülfü xalü arizindən ol güləndəmın,O qədri ağladım, axırda çeşmimdən qəra getdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qaraldı ruzgarım, Seyyida, hicrində ol mahınKi, guya səfheyi-afaqdən nuri-xuda getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation