Var idi bir münəccimi-əyyam,Ona Pərviz edərdi çox ikram.Bir gün ərz etdi: – Key şəhi-dövran,Görmüşəm mən nücum ilən ki, həmanMənə bu həftə bir bəla gələcək,Məni bir şəxsi-şum öldürəcək.Yazığam, ta tökülməsin qanım,Ola lütfün mənim nigəhbanım.Məni bir həftə saxla pünhani,Ta edim dəfi-məkri-üdvani.Şəh onu hifz edibdi yanında,Yatdı, şəh yatdığı məkanında.İttifaqən, gör, ol sütudəsüxənVar idi şahə bir neçə düşmən.Bir gecə ziri-qəsrdən ədaUrdular nəqb, etməyib pərva.Səri-nəqb evdən olcağın naşi,Ələ düşdü münəccimin başi.Sandılar kim, budur səri-Pərviz,Etdilər paymali-xəncəri-tiz.Kəsib ol başi etdilər çü fərar,Oldu Pərviz xabdən bidar,Eylədi çox təəssüf ol pirə,Bildi kim, çarə yoxdu təqdirə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets