Riyakar abid
Abidi dəvət etdi bir soltan,Ta ola xani-lütfünə mehman.Dedi abid ki, bir dəva yeyərəm,Özümü mən zəif göstərərəm.Çün görər zəfimi şəhi-dövranMənə eylər ibadət ilə güman.Deyəcək kəsrəti-ibadətdən,Abid olmuş zəif taətdən.Etiqadi ziyad olur şahın,Rəhməti izdiyad olur şahın.Yedi ol bir dəva ki, qatil idi,Dərzəman abidi həlak etdi.Rəsmi-mərufdir ki, əhli-riyaÖzünü dəhrdə edər rüsva.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-riyakar-abid
Use ← → keys to move, R for a random poem
More by this author
Şükr eylə, könül, söhbəti-cananə yolun var,Ey tutiyi-şeyda, şəkəristanə yolun var.
Ol iki zülfdə rüxsareyi-canan görünürOl iki zülfdə rüxsareyi-canan görünür,Genə xurşid bu gün daxili-Mizan görünür.
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdırNə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
Hər dəm ki, meydən ol büti-tənnaz məst olurHər dəm ki, meydən ol büti-tənnaz məst olur,Dərdi-təğafül ilə könüllər şikəst olur.