Şükr eylə, könül, söhbəti-cananə yolun var,Ey tutiyi-şeyda, şəkəristanə yolun var.

Məhrum degilsən hələ kuyindən o şuxun,Ey bülbüli-şuridə, gülüstanə yolun var.

Ey səbzeyi-xət, sən ki ləbi-yarə yetişdin,Bir Xızrsan, ol çeşmeyi-heyvanə yolun var.

Ey şanə, bu könlüm kimi sədçak neçinsən,Ol silsileyi-zülfi-pərişanə yolun var?

Bu bisərü padən niyə bidadüvi kəsdin,Ey şux, sənin kim, belə ehsanə yolun var?!

Bu ülfəti-zahirdən əgər mən olursan,Qurbanın olum, ülfəti-pinhanə yolun var

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, dəxi bu tale əlindən nə şikayət,Ey mur, sənin bəzmi-Süleymanə yolun var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love