Ənbər saçılır, qafileyi-ud gəlibdir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ənbər saçılır, qafileyi-ud gəlibdir,Guya ki, genə çəngü dəfü ud gəlibdir.
Xurşid genə tale olub bürci-həməldən,Beytüş-şərəfə əxtəri-məsud gəlibdir.
Əyyami-bahar oldu, açıldı gülü lalə,Dünyayə məgər cənnəti-mövud gəlibdir?
Bütxaneyi-Şirvanə genə bir büti-ziba,Ya surəti-insanə o məbud gəlibdir.
Ol qaşı hilalım yetişib həddi-kəmalə,Bildirki ziyanın eləyib sud, gəlibdir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, gəlib ol gövhəri-nayab səfərdən,Gövhər saçılır, lölöi-mənzud gəlibdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-enber-sacilir-qafileyi-ud-gelibdir
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs,Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.
Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəsOldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs,Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.
Fəqrü fənanı bilməz idim kimiya imişFəqrü fənanı bilməz idim kimiya imiş,Səngi-sitəm şikəstə dilə mumiya imiş.
Neçə məhru gözəl Şirvanda könlümdən qərar almışNeçə məhru gözəl Şirvanda könlümdən qərar almış,Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.
Poems by other poets · Nature and spring
Bir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
EydiyanəGəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,Nigahi-həsrəti fırlat da bu gülüstanə.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Söylə hardasanƏcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?