Fəqrü fənanı bilməz idim kimiya imiş,Səngi-sitəm şikəstə dilə mumiya imiş.

Mülki-fənavü fəqrdə sultan imiş fəqir,Övci-səriri-izzdə sultan gəda imiş.

Mən zəhr bildigim məni-miskinə nuş imiş,Biganə sandığım mənə xüd aşina imiş.

Ta sayə saldı başıma, yetdim səadətə,Mən cüğdə nisbət eylədigim quş, hüma imiş.

Çin söz budur ki, nafeyi-Çindən ziyadədir,Müşki-Xəta o zülfə demək bir xəta imiş.

Könlüm olurdu rəşklə sədçak şanədən,Kəc getmişəm ki, zülfüvə məhrəm səba imiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid düşəndə möhnətə “Nadi-Əli” oxur,Müşkülgüşa cahanda şəhi-Lafəta imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love