Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış,Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.

Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil,Sanırsan şahbazi-ahəninmixləb şikar almış.

Birisi almağa canım götürmüş xəncəri-bürran,Birisi tökməgə qanimi tiği-abdar almış.

Biri zahir nigah ilə alıbdır canımı pinhan,Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış.

Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb,Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış.

Xüsusən ol nigari-sərvqamət, yari-məhsimaKi, tabi-türrəsindən rəngü bu müşki-tatar almış.

Maqta — the closing couplet bearing the poet’s pen name. Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxünSanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love