Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş,Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş.
O dəhən fikri ilə cümlə yox oldu varım,Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş.
Hər gələn adəm edər canü könüldən təsdiq,Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş.
Alışıb, şölə çəkib suz ilə yandım, gördüm,Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş.
Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam,Üzüvi sureyi-quran dedilər, gerçək imiş.
Yerü göy, ərşü mələk nurüvə eylər səcdə,Səni kim, aləmə sultan dedilər, gerçək imiş.
Sənəma, səndə təcəlla eləyib həzrəti-həq,Surətin surəti-rəhman dedilər, gerçək imiş.
Hüsnüvə aşiq olan oldu mələkdən əla,Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyidin-zahir olub şeri-şəkərbarındanLəbi-ləlin şəkəristan dedilər, gerçək imiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-zulfuve-zulmeti-dovran-dediler-gercek-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Sən mənim, ey ləbi canbəxş ki, cananımsan,Sənə qurban nə deyim canı ki, sən canımsan.
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mənBir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçünŞəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Xət gəlib müshəfi-rüxsarına mənası üçünXət gəlib müshəfi-rüxsarına mənası üçün,Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.