Xət gəlib müshəfi-rüxsarına mənası üçün,Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.

Rəşk edir bir-birinə mərdüməki didələrimNöqteyi-xalının, ey şux, təmaşası üçün.

Eşqinə düşdü Məsiha çü bu ziba sənəmin,Çarmixə çəkilib zülfi-çəlipası üçün.

Xahiş etdi dəhənin sirrini çoxlar, əmmaOldu mədum bu bir nöqtə müəmması üçün.

Zahida, dinüvi sən verdin əbəs şeytanə,Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.

Verdi can könlümü zülfi-siyəhinə o məhin,Çarə bildi onu rəfi-qəmi-sövdası üçün.

Mari-Zöhhak idi geysusi, Firidun xətti,Bu Firidun gəlir dəfinə dəvası üçün.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyidin var idi bir cüzi olan iymanı,Eylədi nəzr onu da şəhr kəlisası üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love