Rüxsarın açıb bülbülü şeyda elədin sən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Rüxsarın açıb bülbülü şeyda elədin sən,Bülbül nəzərində gülü rüsva elədin sən.
Ağuşun üçün bəs ki, qolum açıla qaldı,Kafər, məni bir şəkli-çəlipa elədin sən.
Bürqə götürüb ol ərəqaludə yüzündən,Gün üzrə əyan iqdi-Sürəyya elədin sən.
Nitqə gəlib etdin bu dili-mürdəni ehya,Zahir genə ecazi-Məsiha elədin sən.
Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh,Xurşidə hicabın şəbi-yəlda elədin sən.
Yerdən gögə var Yusif ilə fərq səninçün,Çox Yusifi eşqində Züleyxa elədin sən.
Hicri-rüxi-alında iki çeşmimi, ey gül,Xunab ila meydən dolu mina elədin sən.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qəddini “əlif”, zülfi-siyahini dedin “lam”,Seyyid, bu əlif-lamı nə məna elədin sən?
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ruxsarin-acib-bulbulu-seyda-eledin-sen
Use ← → keys to move, R for a random poem
More by this author
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizuHər zaman derlər ki, qıl bir tazə dilbər arizu,Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.
Qeyrlər meyl etməgindən yarə bihal olmuşamQeyrlər meyl etməgindən yarə bihal olmuşam,Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə.
Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsanƏla, ey tiri-dilbər kim, könüldə mihmanımsan,Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan.