Şəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?

Verməyim xalüvə ey gül, niyə mən dünyanı,Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün.

Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda,Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün?

Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda,Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün.

Piri-meyxanə Əlidir, odur ənvari-cəli,Aşinanı tanı, seyr eyləmə biganə üçün.

Olmasaydı gili-Adəmdə cəmalından əsər,Qabil olmazdı onun tinəti peymanə üçün.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, eyləmə övsafi-Əlidən qeyri,Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love