Sən mənim, ey ləbi canbəxş ki, cananımsan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sən mənim, ey ləbi canbəxş ki, cananımsan,Sənə qurban nə deyim canı ki, sən canımsan.
Neylirəm sərvi, uzun söz nə gərəkdir, ey gül,Rast oldur ki, özün sərvi-xuramanımsan.
Neylirəm sərvi, gülü gülşəni, ey laləüzar,Sən mənim sərvü gülü sünbülü reyhanımsan.
Mən sənin murinəm, ey səbz-xətü müşkinmu,Sən mənim təxti-hökumətdə Süleymanımsan.
Yoxü-varımdı fəda, ey dəhəni-yar, sənəKi, mənim dəhrdə sən munisi-pinhanımsan.
Kakilin ayəti-”Vəlleyl”di, “Vəşşəms” yüzün,Sən mənim məktəbi-üşşaqdə Quranımsan.
Maqta — the closing couplet bearing the poet’s pen name. Dün dedin kim, mənə, ey şah, gədadır Seyyid,Elə bildim ki, dedin aləmə sultanımsan.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sen-menim-ey-lebi-canbexs-ki-cananimsan
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs,Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.
Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəsOldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs,Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.
Fəqrü fənanı bilməz idim kimiya imişFəqrü fənanı bilməz idim kimiya imiş,Səngi-sitəm şikəstə dilə mumiya imiş.
Neçə məhru gözəl Şirvanda könlümdən qərar almışNeçə məhru gözəl Şirvanda könlümdən qərar almış,Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.
Poems by other poets · Love
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.