Eydiyanə
Gəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,Nigahi-həsrəti fırlat da bu gülüstanə.
Sənə nə hacəti var, ey bahar, İranın,Şükufələr bitirir qanları şəhidanın.
Get özgə yerlərə ağla, bura nə lazım ab,Yetimlər gözü bu gülşənə tökür xunab.
Get özgə bağlara ağla, sən ey səhabi-bahar,Burada şiyvən üçün dul qalan qadınlar var.
Bu göydə bərqini parlatma, ey səhabi-səma,Bu yerdə parlayır atəşli ahü vaveyla.
Əbəs-əbəs bu cahanlarda nə'rə vurma, səma!Mücahidini-həqiqət onu edirlər əda.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-eydiyane
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qaranlıq gecəydi, tutmuş idi –Vətənin, millətin səhərlərini,
Ah, kimsəsiz vətən!Ey ateşi-cəhalətə büryan olan vətən!Pirayeyi-ülumdən üryan olan vətən!
Arzuyi-dilOlmarızmı həqqi-insaniyyədən biz zövqyab?Yoxsa dünyada nəsibi-millət olmuşdur əzab?
Axşam tənəzzöhləriBaharın abü həvasından istifadə üçün,Müseyrələrdə xüramidədir əhali bütün.