Hər dəm ki, meydən ol büti-tənnaz məst olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hər dəm ki, meydən ol büti-tənnaz məst olur,Dərdi-təğafül ilə könüllər şikəst olur.
Gər mey bu isə, saqisi ol qarə gözlü yar,Zahid satıb əmaməsini, meypərəst olur.
Aşiq degil əgər üzüvə gün, nədəndi bəs,Hər gün düşüb ayağuvun altında pəst olur?
Bu qarə zülfü kakili-mişkin ki, səndə var,Gər Cəbrəil görsə onu paybəst olur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid kimi cahanda ayılmaz xumardən,Hər kim ki, məsti-badeyi-cami-ələst olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-her-dem-ki-meyden-ol-buti-tennaz-mest-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gecə Yəsrib içrə ali-əbaBir təbəqdə yeyirdilər xurma.
Əlinin əshabələrlə zarafatıBir zaman Kufədən şəhi-dövranŞamə bir qasid eyləmişdi rəvan.
Əlinin Ömər və Əbubəkrlə zarafatıBir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.
Şahın mülazimi ilə zarafatıQıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.