Demək hali-dili-zarı o gülrüxsarə müşküldür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Demək hali-dili-zarı o gülrüxsarə müşküldür,Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür.
Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani,Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür.
Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid,Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür.
Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə,Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür.
Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol,Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür.
Rəqiba, şöleyi-nari-fərağından hərasım yox,Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qəmi-dildarı pinhan saxla dildə candan, ey SeyyidKi, məhrəm eyləmək biganəni əsrarə müşküldür.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-demek-hali-dili-zari-o-gulruxsare-muskuldur
Use ← → keys to move, R for a random poem
More by this author
İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdıÇəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!