Neylərəm gülşəni kim, ol güli-əhmər getdi,Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi.

Ahü nalə dəmidir eylə fəğan, ey bülbül,Qaldı yüz xar bu gülşəndə, güli-tər getdi.

Getdi ol cövhəri-can, qaçdı mənim rəngi-rüxüm,Bu ərəz oldu tələf, ah, o cövhər getdi.

Düşəcəkdir dəxi minbəd işim nöqsanə,Tutulub, məndən o məhparə mükəddər getdi.

Qərq edib əşk məni, atəşi-rüxsarüvi aç,Sən qurban olub, əldən bu səməndər getdi.

Yengi ay tək görünürdü qaşı, zülf aldı onu,Ah! Əbr altına ol mahi-münəvvər getdi.

Ta ki, öpdüm ləbi-canpərvərin ol hurvəşin,Xatirimdən həvəsi-çeşmeyi-Kövsər getdi.

Getdi ol yasəməni zülf, salıb yasə məni,Yasimə bais olub, ah, o səmənbər getdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Getdi Seyyid dolana kuyin o xalı həcərin,Heyf kim, Kəbə təvafinə o kafər getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love