Öldürür gərçi, könül, həsrəti-pabus səni,Var ümidim ki, fələk etməyə məyus səni.

Zahidin etmə nəzər cameyi-pəşminəsinə,Könül, aldatmasın ol xirqeyi-salus səni.

Bu dili-şişəmisalında nədir rişteyi-can,Yeri vardır desələr şöleyi-fanus səni.

Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq,Əsəri-ahım edibdir belə mənkus səni?

Vəsldə göz yumuban arizi-yarə baxıram,Edərəm hicrə, könül, vəsldə pabus səni.

Görmədim bir dil açan yer dəri-dildar kimi,Ey səba, kim elədim hər yerə casus səni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu qədər hicrdə əfsus çəkərsən Seyyid,Öldürür axırı, əfsus, bu əfsus səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love