Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!

Güli-cəfər kimi rəngim saralıb firqətdən,De bu halı o güli-cəfərə, ey badi səba!

Təlxkam olduğumu zəhri-qəmi-hicrindən,Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba!

Tabdən saldı kətan tək bu dili-bitabı,Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?!

Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim,Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba!

Bu qara gün ki, mənim başıma hicrində gəlib,Həq nəsib eyləməsin kafərə, ey badi-səba!

Lalə tək daği-dili-sineyi-suzanımı gör,Ver xəbər sünbülü susənbərə, ey badi-səba!

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak,Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love