Soltanla qul əhvalatı
Bir qulami-əcəmlə bir soltanGəştiyə oldular süvar haman.Görməmişdi qulam dəryanı,Titrədi, etdi ahü əfğanı.Nə qədər verdilər ona təskin,Olmadı çarə, etdi ahü ənin.Oldu soltanın işrəti dərhəm,Xatiri-padşahə yetdi ələm.Var idi kəşti içrə türfə həkim,Dedi: – Ey sərvəri-fələk təzim,Verəsən izn, ey sitarə-cüyuş,Edərəm bu qulamı mən xamuş.Dedi soltan ki, eyni-minnətdir,Qayəti-lütfdür, kəramətdir.Bəs buyurdu həkimi-pürmayəAtdılar ol qulamı dəryayə.Bir neçə qutə vurdu sudə qulam,Gəldi kəşti tərəf o siməndam.Tutdu sükkani-kəştini möhkəm,Ta çıxıb kəşti üzrə qoydu qədəm.Tapdı aram ol mələkmənzər,Gördü ol padşahi-gərdunfərDedi kim, ey güzini-əhli-ədəb,Bunun aramına nə oldu səbəb?Dedi: – Bu görməmişdi dəryanı,Eyləyirdi bu ahü əfğanı.Elə kim, gördü qərq möhnətini,Gəştinin indi bildi qiymətini.Afiyət qədrini bilir o cavan,Kim, ola bir bəladə əşkfəşan.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-soltanla-qul-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
Göndərməsə gər ol ləbi şəkkər kağız,Mən göndərərəm anə mükərrər kağız.
Getdin, dili-zardən xəyalın getməzGetdin, dili-zardən xəyalın getməz,Bu ayinədən nəqşi-cəmalın getməz,
Gər bülbüli-zari eşqi-gül zar etməzGər bülbüli-zari eşqi-gül zar etməz,Hərgiz həvəsi-gülşənü gülzar etməz.
Ey dil, nə gərəkdir mənə bu can sənsizEy dil, nə gərəkdir mənə bu can sənsiz,Məcmuiyi-aləm ola viran sənsiz.