Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.

Qaranlıqdır bana dünya.
Bütün dünyavü-mafiha.
Diyorlar cümləsi guya:
Çəkil bir yanə sakitləş!

Daralı qəlb vasekən.
Qaraldı şəms lamekən,
Eşitmir guş samekən:
Çəkil bir yanə sakitləş!

Təhəmmül, səbr mümkünmü?!
Həyatə cəbr mümkünmü?!
Zəvali-qəhr mümkünmü?!
Çəkil bir yanə sakitləş!

Çıxıb əldən cilov gəlməz.
Mənə yaru ədu gəlməz.
Bu dərdə çarəcu gəlməz.
Çəkil bir yanə sakitləş!

Dolu heyrətlə hər yanım,
Toxunmuş daşa peykanım.
Ədu insarə ixvanım.
Çəkil bir yanə sakitləş!

Nə vəhşidir bəni adəm!
Mücəssəm zülmdür aləm!
Diyorlar cümləsi yekdəm:
Çəkil bir yanə sakitləş!

Çəkilməm, ey hərifan, bən
Bu meydani şücaətdən!
Bütün dünya bənə derkən:
«Çəkil bir yanə sakitləş!»

Sözlük

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets