Cismdən can almağa gər olsa fərmanın sənin,Canə minnətdir olam, ey dust, qurbanın sənin.

Gər tökərsən, ey Xəlilim, qanımı, qəm etmərəm,Qəm odur kim, gər bata ol qanə damanın sənin.

Gəlmişəm can verməgə, ey şəh, Minayi-kuyüvə,Qanımı tök camə kim, olsun bu ehsanın sənin.

Bir gülüstandır səri-kuyin açılmış gülləri,Qan ilə gülrəng olub gülbərgi-xəndanın sənin.

Kəsrət içrə tapmışam mən dürri-kənzi-vəhdəti,Olmuşam hərçənd zülfün tək pərişanın sənin.

Nəfydən isbatə gəl, ey dil, ki xakə nəss edəQətrə-qətrə hərfi-”illəllah” al qanın sənin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, gər canuvi cananə etməzsən fəda,Razı olmaz eşqdə səndən o cananın sənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love